"Bolt" da gediş haqqı artırılıb? - ŞİRKƏTDƏN və EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Son günlər sosial şəbəkələrdə taksilərdə qiymət artımı ilə əlaqədar şayələr dolaşır. Bəzi sərnişinlər yeni qiymətlərin olduğunu və bunun əhalinin cibinə uyğun olmadığını irəli sürürlər. Taksi sürücüləri isə qiymətlərin əslində onlara uyğun olmadıqlarını bildirirlər. Saytımızın sosial media hesablarına mesaj göndərən bəzi sürücülər qiymətlərlə bağlı nə vaxt yeniliklərin olacağını soruşurlar.
Qeyd olunan məsələlərə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı toxunub və bir sıra suallara aydınlıq gətirib. O qeyd edib ki, taksilərdə qiymət artımları ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:
“Taksilərdə qiymət artımı ilə bağlı xəbər qeyri-rəsmi mənbələr tərəfindən yayılıb. Heç bir taksi operatoru yayılan məlumatı təsdiqləməyib. Hətta Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi belə yayılan məlumatlara heç bir rəy bildirmədi. Məlum oldu ki, qeyri-rəsmi mənbələrin yaydığı xəbər əslində şayədir. Biz də bu mövzu ilə əlaqədar tərəfdaşımız olan “Bolt” şirkətinə sorğu ünvanladıq, onlar da sorğumuza cavab verdilər. Şirkətin sorğumuza verdiyi məlumatda bildirilib ki, Bolt” şirkətinin qiymət siyasətində və minimum tariflərdə hər hansı dəyişiklik yoxdur. Qiymətlər dinamik qiymətqoyma prinsipi əsasında formalaşır. Yəni tələb sürətlə artdıqda və sürücülərin sayı kifayət etmədikdə səfərin qiyməti müvəqqəti olaraq yüksələ bilər, balans bərpa olunduqda isə qiymət avtomatik olaraq azalır.
Gediş haqqı baza tarif, məsafə, sərf olunan vaxt və dinamik əmsallara əsasən hesablanır. Səfərin yekun dəyəri marşrut dəyişikliyi, hava şəraiti və ya yol tıxacları kimi amillərə görə dəyişə bilər.
“Bolt” müştəri məmnuniyyətini və təhlükəsizliyini əsas prioritet hesab edir. Bu məqsədlə sürücülərin hər hansı insidenti tətbiq vasitəsilə müştəri dəstəyinə bildirməsi, eləcə də sərnişinlərin qiymətlərlə bağlı və ya digər hallarda qarşılaşdıqları problemləri tətbiqdən bizə çatdırmaları tövsiyə olunur. Bu, xidmətin keyfiyyətinin və təhlükəsizliyinin davamlı olaraq yaxşılaşdırılmasına imkan verir”.
Səfər
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












