Bu ərazidə DİQQƏTLİ OLUN! - Nişanları görməyib cərimələnə bilərsiniz - VİDEO

Paytaxtın Nərimanov rayonu Mirzəbala Məmmədzadə ilə Arif Heydərov küçələrinin kəsişməsində quraşdırılmış yol nişanları əraziyə bələd olmayan sürücüləri çaşdırır.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Şikayətçi bildirib ki, oktyabrın 18-də sözügedən ərazidən sola dönərkən giriş qadağandır (3.1 nişanı) nişanını görməyib və bir müddət sonra bununla bağlı DYP əməkdaşı ona cərimə tətbiq edib. Görüntüdən də aydın olduğu kimi, nişan küçənin qurtaracağında quraşdırıldığı üçün yoldan ilk dəfə istifadə edən və ya diqqətsiz sürücülər sola dönürlər və əks istiqamətli yola çıxırlar.
Belə xoşagəlməz halın baş verməməsi üçün yaxşı olardı ki, daha irəlidə - Mirzəbala Məmmədov küçəsində sola dönməni qadağan edən nişan quraşdırılsın.
Digər tərəfdən Arif Heydərov küçəsiylə hərəkətdə olan sürücülər yolun sağ tərəfində quraşdırılmış yalnız sola hərəkəti bildirən (4.1.3 nişanı) nişanını görə bilmir. Belə ki, yolun kənarında adətən maşınlar park edildiyi üçün nişanı görmək çətinləşir. İzləyicinin sözlərinə əsasən, xüsusilə yaz və yay aylarında ağacın budaqları nişanı tamamilə örtür və onu görmək mümkünsüz hala gəlir. Nəticədə bir qisim sürücülər nişanı görmədən düzünə hərəkət edir və cərimələnirlər.
Ümid edirik ki, bu xoşagəlməz halla bağlı aidiyyəti qurum qısa zamada tədbir görəcək.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












