Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO

Paytaxtın Sabunçu rayonu, Böyükşor bulvarı yaxınlığında yerləşən tuneldə təhlükəli vəziyyət müşahidə olunub.
Bu barədə Avtosfer.az-ın qaynar xəttinə görüntü göndərən izləyici məlumat verib.
Kadrlardan görünür ki, 77-SE-301 dövlət qeydiyyat nişanlı “Mercedes Atego” markalı yük avtomobili tuneldən çıxarkən sürüşmə ilə üzləşib. Avtomobilin təkərləri yolun sürüşkən səthi səbəbindən idarəetməni itirmək həddinə çatıb və yük maşını tunelin divarına çırpılmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin sürücü idarəetməni itirməyərək qəzanın qarşısını ala bilib.
Videonu göndərən şəxsin sözlərinə görə, həmin tuneldə yolun asfalt örtüyü demək olar ki, daim yaş olur. Bunun hansı səbəbdən baş verdiyi məlum deyil. İzləyici bildirir ki, məhz bu səbəbdən həmin ərazidə dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb və sürücülər üçün ciddi təhlükə yaranır.
Qeyd edək ki, saytımızda daha əvvəl sözügedən tunelin çıxışında baş vermiş yol-nəqliyyat hadisələri barədə dəfələrlə məlumat yayıb.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












