Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO

Dələduzluq hadisəsi ilə üzləşən şəxs sosial şəbəkə vasitəsilə digər aldanan insanlara səslənib.
Zərərçəkmiş bildirir ki, dələduzluq edən müştərisi ondan nağd pul istəyib və qarşılığında həmin məbləği karta göndərəcəyini bildirib. O, buna razı olduqdan sonra vəsaitin hesabına daxil olmadığını müəyyən edib. Qarşı tərəf əvvəlcə pulun köçürülməməsini "Rabitəbank"da yaranmış texniki problemlə əlaqələndirib. Zərərçəkmiş həmin gün (sentyabrın 6-da) bankda köçürmələrlə bağlı problem olduğunu öyrəndiyini qeyd edib. Lakin növbəti gün bankdakı problemin aradan qalxmasına baxmayaraq, vəsaitin onun hesabına köçürülmədiyini görüb. O, bir neçə dəfə qarşı tərəflə əlaqə saxlamağa çalışdığını, ödənişə dair qəbz tələb etdiyini, lakin qəbzin ona təqdim edilmədiyini bildirib.
Paylaşımda qarşı tərəfin özünü “Fuad” adı ilə təqdim etdiyi, daha sonra isə zərərçəkmişin zəng və mesajlarına cavab vermədiyi qeyd olunub. Zərərçəkmiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini və aidiyyəti üzrə məlumat verdiyini bildirib.
Həmçinin eyni ssenari üzrə başqa şəxslərin də zərər çəkdiyini iddia edib.
Bundan başqa, zərərçəkmişə analoji hadisələrlə bağlı foto və videoların digər şəxslər tərəfindən göndərildiyi bildirilib.
Fərid


Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












