Bu yolda qaydalar kütləvi şəkildə pozulur: NƏZARƏT YOXDUR? - VİDEO

Paytaxtın mərkəzində sürücülər hər gün qaydaları kütləvi şəkildə pozurlar. Avtosfer.az xəbər verir ki, söhbət Neftçilər prospektindən gedir.
Belə ki, Azneft dairəsindən üzü Qız Qalası istiqamətinə olan hissədə sürücülər sıxlıq zamanı avtobus zolağı ilə hərəkət edirlər. Adi avtomobillərlə yanaşı bu zolağa operativ nəqliyyat vasitələri də daxil olur. Qeydə alınmış videoda polis əməkdaşının sayrışan işıq və xüsusi səs siqnalını qoşmadan avtobus zolağına daxil olması da əks olunub.
Qanunvericiliyə görə, operativ nəqliyyat vasitələrinin sürücüləri qanunun tələblərindən kənara yalnız xidməti zərurətlə bağlı çıxa bilərlər. Bu zaman sayrışan işıq və xüsusi səs siqnalı işlək vəziyyətdə olmalıdır. Hamının tıxacda gözlədiyi vaxtda bu qədər sürücünün ayrıseçkilik edərək avtobus zolağında şütüməsi ikrah hissi yaradır. Əgər burada qaydalar kütləvi şəkildə pozulursa və buna nəzarət yoxdursa avtobus zolağının olmasına nə ehtiyac var? Yaxşı olardı ki, həmin zolaq yolun əks tərəfindəki kimi ləğv edilərək bütün nəqliyyat vasitələrinin istifadəsinə verilsin.
Könül Rauf
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO














