Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO

Paytaxtın Səbail rayonu, Nigar Rəfibəyli küçəsində taksi dayanacağının zəbt edildiyi iddia olunur.
Avtosfer.az-a müraciət edən taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən biri hadisə ilə bağlı “WhatsApp” vasitəsilə video göndərib.
Şikayətçinin sözlərinə görə, taksi fəaliyyəti üçün nəzərdə tutulan dayanacağın ərazisində qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər avtomobillərini taksi tanınma nişanının təsir sahəsində saxlayırlar. Bu səbəbdən digər taksi sürücüləri dayanacaqdan istifadə edə bilmirlər.
Sürücü bildirib ki, dayanacaqdan istifadə edə bilmədiyi üçün nəqliyyat vasitəsini ödənişli parklanma yerində saxlamaq məcburiyyətində qalıb. O, qısa müddət ərzində həmin əraziyə üç dəfə yaxınlaşdığını və hər dəfə eyni mənzərə ilə qarşılaşdığını qeyd edib.
Şikayətçinin iddiasına əsasən, dayanacağı zəbt edən sürücülərin əksəriyyətində qanunvericiliyin tələb etdiyi müvafiq icazə sənədi və buraxılış kartı da yoxdur.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












