Dəmir yolu keçidlərindən necə istifadə edilməlidir? – İZAH - VİDEO

Azərbaycanda son illərdə əhalinin saytındakı artım istər avtomobil yollarının, istərsə də dəmir yollarının fəaliyyətində müəyyən problemlərə gətirib çıxarır. Əhali artdıqca insanlar daha çox gəlir əldə edə biləcəkləri yerə davamlı köç edirlər. Son nəticədə isə məhz paytaxt Bakı ən çox sakinə ev sahibliyi edir. Bakı və ətraf ərazilərdə sakinlər harda boş torpaq görsələr, ev tikir və məskunlaşmağa başlayır. Müvafiq icra hakimiyyətlərinin buraxdığı səhvlər son nəticədə dəmir yollarında qatarların hərəkətinə maneələr yradır, qəzalara səbəb olur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında bildirib ki, vətəndaşların hər biri “Yol hərəkəti haqqında” Qanunun 44-cü maddəsini bilməlidir:

“Bu maddədə dəmir yol keçidlərindən istifadə qaydaları izah edilir. Nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadəni öyrədən bu maddə həm sürücülərə, həm də piyadalara kömək edəcək. Dəmir yollarındakı keçidlərdən istifadəni bilməyən sürücülər, eləcə də piyadalar son nəticədə qəzalara səbəb olur.
2026-cı ilin ilk beş ayı ərzində Azərbaycan dəmir yollarında qeydə alınan kənar müdaxilə hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Statistik göstəricilər dəmir yolu infrastrukturuna və hərəkətdə olan qatarlara edilən müdaxilələrin təkcə nəqliyyatın fəaliyyətinə deyil, insanların həyat və sağlamlığına da ciddi təhlükə yaratdığını göstərir.
Cari ilin ilk beş ayında ümumilikdə 197 kənar müdaxilə hadisəsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 108 olub. Beləliklə, hadisələrin ümumi sayında 82 faiz artım müşahidə edilib. Hadisələrin böyük əksəriyyəti – 167-si sərnişin qatarlarının hərəkəti zamanı baş verib.
Saylarda artım olsa da, ötən illə müqayisədə bu il sərniin qatarlarının hərəkət intensivliyi və gedilən məsafədə də böyük dəyişiklik var.
Ən çox rast gəlinən hadisələrdən biri dəmir yolu xəttinə insanların daxil olması səbəbindən maşinistlərin təcili tormozlama etməsi olub. Bu cür hadisələrin sayı bir il ərzində 55-dən 70-ə yüksəlib. Bundan başqa, relslər üzərinə kənar əşyaların qoyulması halları da 47 faiz artaraq 17-dən 25-ə çatıb. Daş atılması hadisələrinin sayı isə 16-dan 20-yə yüksəlib. Bu kimi müdaxilələr ilk baxışda sadə görünə bilər, lakin hərəkətdə olan qatarlara ciddi ziyan vurmaqla yanaşı, sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün risk yaradır.
Statistika göstərir ki, daş atılması hadisələrinin 19-u məhz sərnişin qatarlarına qarşı törədilib. Bu cür hərəkətlər nəticəsində vaqonların şüşələri zədələnə, sərnişinlər xəsarət ala və qatarların hərəkət qrafikində gecikmələr yarana bilər.
Təhlükəsizlik sahəsində narahatlıq doğuran digər göstərici dəmir yolu keçidlərində baş verən toqquşmaların sayıdır. Cari ilin ilk beş ayında ADY-nin istismar etdiyi keçidlərdə 15 toqquşma hadisəsi qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu hadisələr nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Qatarların qarşısına çıxan insanlarla toqquşma hadisələrinin statistikası da diqqət çəkir. Ötən ilin ilk beş ayında 6 belə hadisə baş verdiyi halda, cari ildə onların sayı 11-ə yüksəlib. Nəticədə 3 nəfər həyatını itirib, 7 nəfər xəsarət alıb. Bu göstərici insanların dəmir yolu ərazilərinə icazəsiz daxil olmasının və qaydalara əməl etməməsinin nə qədər ciddi nəticələrə səbəb ola biləcəyini göstərir.
Ümumilikdə, 2025 və 2026-cı illərin müqayisəsi zamanı ölənlərin sayı 5-dən 6-ya yüksəlib, xəsarət alanların sayı isə 9 nəfər səviyyəsində qalıb. Bu isə onu göstərir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə yanaşı, ictimai maarifləndirmə də əsas prioritetlərdən biri olmalıdı”.
Səfər
Skuterlə qəzaya düşən 41 yaşlı kişi öldü – Başı asfalta dəyib... - VİDEO
Xanım sürücü motosikletə yol vermədi; 160-la gedən bayker öldü - FOTO - VİDEO
Bu küçədə "manatlıq" taksilər özbaşınalıq edir - Nəzarət yoxdur - VİDEO
“Coca-Cola"nın maşını təhlükə yaratdı - Qapısı yola düşdü - VİDEO
Polis əməkdaşları qadını küçə itlərindən belə xilas etdi - VİDEO
Polis təqib etdiyi maşını arxadan vurdu; sürücü atəş açdı – İki ölü, çoxlu yaralı... - VİDEO
“Lapatka” ilə avtomobillərə hücum edib 5 maşına ziyan vurdu – Cinayət işi açıldı - VİDEO
Gəncə prospektində moped sürən gənclər təhlükəli “şou” göstərdi - VİDEO
Gənc baykerin polislərlə qorxulu qaçdı-tutdu oyunu qəza ilə başa çatdı - VİDEO
Bu yolda təhlükəli vəziyyət yaranıb: Asfalt çökür... - VİDEO
Sərxoş yeniyetmə avtomobil qaçırdı – Cərimə və həbs cəzası alacaq - VİDEO










