Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB

Videogörüntüdə əks olunan yol hərəkəti qaydasını pozan sürücü müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, 77-KH-755 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Sürücü barəsində törətdiyi inzibati xətaya uyğun olaraq müvafiq maddə ilə inzibati xəta haqqında protokol tərtib olunub.
***
Paytaxtın Nəsimi rayonu, Nəcəf bəy Vəzirov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 77-KH-755 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq yoluna davam edib. Bu zaman qarşıdan gələn motosikletin qarşısını kəsərək qəza şəraiti yaradıb.
Motosikletin sürücüsü siqnal verərək əli ilə “Toyota” sürücüsünə hərəkət istiqamətinin əksinə getdiyini bildirib. Lakin qayda pozan sürücü motosikletin kiçik ölçüdə olduğunu əsas gətirərək kənara çəkilib ona yol verməsini istəyib.
Motosiklet sürücüsü isə “Bəs səndən sonra gələcək avtomobillər necə keçəcək? Qayda pozmusan, üzr istəmək əvəzinə məni borclu çıxarırsan”, - deyə etiraz edib.
Bundan sonra “Toyota” sürücüsü sağa manevr edərək motosikletə yol verib. Motosikletçi isə “Üzr istəmək çətindir?” - deyə soruşub.
Sürücü isə “Səndən nəyə görə üzr istəməliyəm?” cavabını verərək ərazidən uzaqlaşıb.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












