Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO

Şamaxı rayonu, Dəmirçi yolunda kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 8-də səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, sıxlıq yaranan yolda 90-OG-543 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbinə məhəl qoymayaraq əks istiqamətli hərəkət zolağına çıxıb.
Sürücü bu manevrlə qarşıdan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaradıb.
Ardınca “Opel” markalı avtomobilin sürücüsü də əks yola çıxıb. Lakin o, qarşıdan gələn nəqliyyat vasitəsini gördükdən sonra yenidən öz hərəkət zolağına qayıdıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, bütöv üfüqi nişanlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxmaq qadağandır.
Bu manevr sürücüləri çox vaxt təhlükə qarşısında qoyur və inzibati məsuliyyət yaradır.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












