Ekspertlər qəzaların səbəblərini müzakirə etdi – Hansı addımlar atılmalıdır? - VİDEO

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyinə aid layihə həyata keçirib.
Avtosfer.az xəbər verir ki, “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihənin yekunu olaraq canlı yayımda müzakirə aparılıb. Müzakirədə “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı iştirak edib.

Elməddin Muradlının suallarını cavablandıran Ərşad Hüseynov işğaldan azad olunan ərazilərdə baş verən yol-nəqliyyat hadisələrinin səbəblərinə toxunub. Eyni zamanda yol təsərrüfatında olan qüsurların sürücülər və piyadalar üçün yaratdığı təhlükədən danışıb. Piyada keçidlərinin və yolların işıqlandırılması mövzusu gündəmə gətirilib.
Bildirilib ki, bu cür məsələlərin kənarda qalması ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. İnsanlar ölür, ağır xəsarət alır və ya maddi zərərlərlə üzləşirlər. Ona görə də hər bir qurum üzərinə düşən vəzifəni ciddi şəkildə yerinə yetirməlidir. Yollarda sual yaradacaq, tərəddüd doğuracaq heç bir məsələ qalmamalıdır. Yol şəraiti sürücülər və piyadalar üçün tam aydın olmalıdır ki, qəzalar getdikcə azalsın.
Ərşad Hüseynov paytaxtın bütün küçə və prospektlərində auditin təşkil edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bəzi qurumların fəaliyyətində müşahidə olunan qüsurlar sonradan ağır nəticələr ortaya çıxarır. Ekologiya və abadlıq işlərinə nəzarət edən qurumların işçiləri öz işlərini dəqiq yerinə yetirmədiyi üçün bu gün paytaxtda hansısa qurumuş ağac azacıq küləklə aşır və bir neçə avtomobilə ziyan vurur. Bakının mərkəzində, 28 May küçəsində bir neçə gün əvvəl vətəndaşın şikayətinə baxmayaraq, ağac aşdı və 2 maşına hərəkətdə olduğu zaman ağaca görə ziyan dəydi.
Ümumilikdə ölkə üzrə yolların auditinin təşkili həm ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmininə yol açacaq, həm də hansı qurumların öz fəaliyyətini düzgün yerinə yetirməməsi ortaya çıxacaq.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Nəqliyyat vasitələrinin utilizasiyasının yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması üçün əhəmiyyəti” layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Eltac Zülfüqaroğlu
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












