“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO

Binəqədi-Mehdiabad yolunda kobud qayda pozan sürücü kameraya düşüb.
Bu barədə görüntünü qeydə alan izləyici Avtosfer.az-ın qaynar xəttinə məlumat verib.
Hadisə avqustun 21-də günorta saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, 90-DJ-030 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobilin sürücüsü qarşısındakı nəqliyyat vasitələrini ötmək məqsədilə əks istiqamətli hərəkət zolağına çıxıb.
Bu zaman sürücü qarşıdan gələn “VAZ-2107” markalı avtomobilin hərəkət trayektoriyasına daxil olaraq qəza şəraiti yaradıb. “VAZ”ın sürücüsü ehtiyatlı davranaraq sürətini azaldıb və mümkün toqquşmanın qarşısını alıb. “Mercedes”in sürücüsü isə daha sonra yenidən öz hərəkət zolağına qayıdıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən, əks istiqamətli yola çıxmaqla ötmə yalnız buna icazə verilən hallarda həyata keçirilə bilər. Sürücü belə manevr zamanı qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, onların hərəkət istiqamətini və təhlükəsiz məsafəni nəzərə almalıdır. Qarşıdan nəqliyyat vasitəsi yaxınlaşdığı halda isə ötmə manevrinin davam etdirilməsi yolverilməzdir.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












