Günəşlidə yolu qazıb nişan quraşdırmadılar; qurumlardan reaksiya yoxdur - VİDEO

Paytaxtın Suraxanı rayonunun yol infrastrukturunda təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, rayonun Günəşli qəsəbəsindəki yolda aparılan qazıntı işlərindən sonra yol qazılı vəziyyətdə qoyulub və uzun müddətdir bərpa olunmayıb. Sakinlərin sözlərinə görə, qazılmış hissənin ətrafına nə xəbərdarlıq nişanları və avadanlıqları yerləşdirilib.
Belə ki, Yeni Günəşli ərazisində “Şəmi Rezidens”in qarşısında gündüz saatlarında vəziyyət nisbətən görünür, lakin axşam işıqlandırma zəif olduğundan sürücülər və piyadalar üçün ciddi təhlükə yaranır. Ərazidən keçən avtomobillərin qazılan çuxura düşmə riski realdır.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməyib:
“Bir neçə gündür yolu qazıb gediblər. Heç bir xəbərdarlıq nişanı yoxdur, gecələr sürücülər bu yeri görmür. Uşaqlar da bəzən burada oynayır, istənilən an faciə yaşana bilər”.
Hazırda sakinlər məsələni diqqətə almaq və təhlükənin aradan qaldırılması üçün müvafiq qurumlara çağırış edirlər.
Suraxanı rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı müraciət etdik. Qurumdan açıqlama olsa, xəbər yenilənəcək.
Suraxanı Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ADSEA tərəfindən yaranmış qəza aradan qaldırılıb. Asfalt örtüyünün çəkilməsi üçün Sukanal idarəsinə məlumat verilib.
Eltac Zülfüqaroğlu
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












