Hövsanda təhlükəli “şou”: “Mercedes”, “Khazar” və “VAZ” sürücüləri yolda yarışdı - VİDEO

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin görüntüləri yayılıb.
Avtosfer.az-ın məlumatına görə, video mayın 15-də “TikTok” sosial şəbəkəsində paylaşılıb. Belə ki, 77-FT-644 dövlət nömrə nişanlı “Khazar” markalı, 90-TZ-559 dövlət nömrə nişanlı “Mercedes” markalı və “VAZ” markalı avtomobillərin sürücüləri yol boyu bir-biriləri ilə yarışaraq təhlükəli manevrlər ediblər.
Kadrlardan görünür ki, sürücülər bir-birilərini ötmək məqsədilə dəfələrlə əks hərəkət zolağına çıxıblar. Nəticədə qarşı istiqamətdən gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb.
Görüntülərdə həmçinin “Mercedes” markalı avtomobilin konstruksiyasına müdaxilə edildiyi, arxa yaylarının kəsilərək ön hissəsinin qaldırıldığı müşahidə olunur. “Khazar” markalı avtomobil isə dönmə işıqları fasiləsiz yanılı vəziyyətdə idarə edilib.
Bundan başqa, avtomobillərin arxa dövlət nömrə nişanlarında qanunvericiliklə qadağan olunan ağ və çəhrayı rəngli işıq cihazlarının quraşdırıldığı da aydın şəkildə əks olunub.
***
Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işıqlandırılan görüntülər ötən ilin may ayında qeydə alınıb. Qeyd olunan hadisə ilə bağlı həmin dövrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












