Keyfiyyətsiz tormoz detalları belə hazırlanır – ŞOK VİDEO

Bu video Asiya ölkələrinin birində lentə alınıb. Hansısa əldən-ayaqdan uzaq yerdə, kustar üsulla tormoz detalları hazırlanır. Heç bir sənaye istehsalından, ölçmədən, keyfiyyətə nəzarətdən söhbət gedə bilməz.
Videodan görünür ki, supportun korpusu adi alüminiumdan tökülür. Səbəb də aydındır: alüminium tullantı şəklində ucuz qiymətə alınır (məsələn, işlənmiş qab-qacaq, pəncərələr və s.), ərimə temperaturu aşağı olduğu üçün adi alovda qızdırıb istənilən formanı vermək mümkündür.
Tökmə prosesi də yüksək texnologiya ilə deyil, çəkiclə, qol gücünə həyata keçirilir. Hazır pəstah köhnə, dəqiqlik sinfi aşağı olan torna dəzgahlarında kobud şəkildə emal edilir. Bundan sonra detal yuyulub təmizlənir (təbii ki, adi qaydada, su ilə), üzərinə müəyyən estetik görünüş verilir, digər detallarla komplektləşdirilir. Ardınca gözəl şəkildə qablaşdırılır və satışa çıxarılır.
Bu detalı alıb istifadə edən sürücünün avtomobilində 1 il sonra ciddi problem yaransa təəccüblənməyə əsas yoxdur. Səbəb məlumdur.
Avtosfer.az xəbər verir ki, tormoz supportları yüksək təzyiqə və yükə məruz qalır. Buna görə də zavodda hazırlanarkən daha sərt ərintilər tətbiq edilir. Kustar istehsalda isə bu mümkün deyil. Üstəgəl, zavod istehsalı çertyojlar əsasında, dəqiq avadanlıqlarda, müsaidə (yolverilən kənaraçıxma, kvalitet) və tələblər nəzərə alınmaqla həyata keçirilir. Satışdan əvvəl keyfiyyətə nəzarət xidməti məhsulu yoxlayır.
Belə bir istehsal prosesini qurmaq çox çətindir və məhsul baha başa gəlir. Kustar, heç bir təhlükəsizlik normasına əməl olunmayan yerdə hazırlanan məhsul daha ucuz olur. Ucuz ətin də məşhur xalq məsəlində deyildiyi kimi, şorbası olmur.
Bu halla köhnə Jiquli sürən də rastlaşa bilər, təzə Toyota sürən də. Buna görə də, təhlükədən uzaq olmaq üçün detallar rəsmi satış yerlərindən alınmalıdır. Bir neçə manatlıq qənaət bəzən bir avtomobilin itirilməsinə, yaxud bir neçə nəfərin həyastla vidalaşmasına səbəb ola bilər.
VACİB MƏQAM: Populyar modellərə aid detallar daha çox saxtalaşdırılır. Səbəb dəyişməz iqtisadi qanun olan tələb və təklifir. Yəni, tələbat təklifi doğurur. Asiya ölkələrində belə kustar sexlərdə minlərlə adda detal istehsal olunur. Həmin ölkələrdə hökumətlər buna qanunsuz əməl kimi baxmır.
Vüqar Yaşaroğlu
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












