“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO

Yasamal rayonu, “Qanlı göl” kimi tanınan su hövzəsinin ətrafında salınmış “Kristal”ın “Park Yasamal” yaşayış kompleksində avtomobillərin park edilməsinə maneə yaradılıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video və fotolar göndərərək ətraflı məlumat verib.
Bildirilib ki, yaşayış kompleksinin qarşısındakı yolun hər iki kənarı konuslarla bağlanıb və nəticədə avtomobillərin park edilməsinə əngəl yaranıb. İzləyicinin sözlərinə görə, bu vəziyyət artıq 15-20 gündür davam edir və təxminən 500 metr məsafəni əhatə edir.
Nəticədə yaşayış kompleksindəki 20 binanın sakinləri avtomobillərini park etmək üçün ciddi çətinliklə üzləşirlər.
Şikayətçinin iddiasına görə, yolun bu şəkildə məhdudlaşdırılmasında məqsəd sakinləri yaşayış kompleksinin ödənişli parkinqindən istifadəyə yönləndirməkdir. O bildirib ki, ərazidə avtomobilləri pulsuz park etmək üçün boş yerlər olduğu halda, qarajda avtomobil saxlamağın aylıq 100 manata başa gəlməsi sakinlərin əksəriyyəti üçün sərfəli deyil.
Sakinlərin narazılığına səbəb olan məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılaraq həll olunacağına ümid edirik.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












