Moped sürən gənc yolun ortasında rəqs edib “şou” göstərdi - VİDEO

Son vaxtlar paytaxt və ətraf ərazilərdə moped və motosiklet sürücülərinin təhlükəli hərəkətləri ilə bağlı görüntülərin sayı artmaqdadır. Xüsusilə gənclər arasında nəqliyyat vasitələri ilə “şou” xarakterli riskli manevrlər etməyə meyl həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atır.
Belə oxşar hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, olay mayın 14-də saat 22:25 radələrində baş verib. Kadrlardan görünür ki, gənc oğlan idarə etdiyi mopedlə yolun hərəkət hissəsində təhlükəli hərəkətlər edib. O, nəqliyyat vasitəsini sağa-sola yönəldərək rəqs edib, daha sonra hər iki əlini sükandan çəkib. Sürücü bir müddət sonra isə nəqliyyat vasitəsini yalnız bir əllə sürməyə davam edir.
Hərəkətin intensiv olduğu yolda edilən bu cür məsuliyyətsiz davranışlar ciddi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Bir sözlə, moped və motosiklet sürücüləri idarəetmə zamanı qoruyucu vasitələrdən istifadə etməli, həm özlərinin, həm də hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq sükan arxasında risk yaradan manevrlərdən çəkinməlidirlər.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












