Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 29-da səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Nissan” markalı avtomobil yolu keçmək istəyən kişi və qadını vurub. Zərbənin təsirindən hər iki piyada yolun hərəkət hissəsinə yıxılıb.
Hadisə nəticəsində piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.
İlkin məlumata görə, qəzaya avtomobili idarə edən qadın sürücünün yaşayış zonasından əsas yola çıxarkən piyadaları görüb səhvən əyləc əvəzinə qaz pedalını basması səbəb olub.
Qeyd edək ki, sürücü döngələrdə piyadalara yol verməlidir. Belə ərazilərdə, hətta piyada keçidi olmadıqda belə, sürücü piyadaların hərəkətinə maneə yaratmamalı və onların təhlükəsiz keçidini təmin etməlidir.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












