Olimpiya Stadionunun ətrafına giriş bu səbəbdən bağlanıbmış - Təlimçi AÇIQLADI - VİDEO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun ətrafındakı yollar yenidən açılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə sürücülük təlimçisi Arzu Babazadə video çəkərək ətraflı məlumat verib. O bildirib ki, stadionun ətrafına girişin qadağan edilməsinə səbəb təlimçilərdən birinin ərazidə qəza törədərək hadisədən yayınması olub: “Bakı Olimpiya Stadionun ərazisinin bağlanma səbəbi təlimçilərdən birinin idarə etdiyi avtomobili işıq dirəyinə çırpması və hadisə yerindən yayınması olub. Təbii ki, o, törətdiyi qəzanı gizlətmək istəsə də bu cəhdi uğursuzluqla nəticələnib. Çünki hadisədən sonra avtomobilindən düşərək ona nəzər yetirib və bu vaxt sürücünün siması ərazidəki təhlükəsizlik kamerasına düşüb. Nəticədə o, müəyyən olunaraq məsuliyyətə cəlb edilib”.
Təlimçi stadionun ətrafına girişlə bağlı ərazi üzrə rəhbərliyə müraciət etdiklərini və bu müraciətimizin müsbət nəticələndiyini əlavə edib: “Məsələylə bağlı Bakı Olimpiya Stadionunun rəhbər heyətinə və mətbuat xidmətinə müraciət etdik. Müraciətimizin stadionun rəhbərliyi və mətbuat katibi Fərid Əsədzadə tərəfindən müsbət dəyərləndirildiyi üçün onlara təşəkkürümü bildirirəm. Hətta mən stadionu ödənişli olaraq açmalarını və bununla əlaqədar müqavilə bağlanılmasını təklif etdim. Lakin onlar mənim bu təklifimi qəbul etmədilər və cəmiyyətə faydalı sürücülər yetişdirməyimi əsas gətirərək stadionun ətrafına giriş etməyimə bugündən etibarən icazə verdilər”.
Arzu Babazadə məsələylə bağlı ona yardım edən Avtosfer.az saytının rəhbəri Elməddin Muradlıya və hüquqşünas Ərşad Hüseynova təşəkkürünü bildirib.
Nərmin
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












