Plazanın qarşısında eyni mənzərə: Səfirlik avtomobilləri dayanacağı zəbt edib - VİDEO

Paytaxtın Xocalı prospektində, “Dəmirçi Plaza”nın qarşısında qayda pozan sürücülər lentə alınıb.
Bu barədə Avtosfer.az-a müraciət edən taksi sürücüsü bildirib ki, hadisə aprelin 21-i saat 15:10 radələrində baş verib. Onun sözlərinə görə, səfirliyə məxsus 065 T 001 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil və arxasında dayanan digər nəqliyyat vasitələri taksilər üçün nəzərdə tutulmuş dayanacaq yerini zəbt edib.
“Sərnişini ünvana çatdırmışdım, amma dayanacağa girəndə yer tapa bilmədim. Taksi üçün ayrılan sahə tutulmuşdu deyə məcbur qalıb avtomobili səkidə saxladım. Bu da bizi çətin vəziyyətdə qoyur,” – deyə sürücü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl də sözügedən ərazidə başqa bir taksi sürücüsü oxşar vəziyyəti lentə alaraq sosial şəbəkələrdə paylaşmışdı və həmin görüntülər saytımızda dərc olunmuşdu.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












