Qaydaları pozan sürücü avtomobillə kafeyə girdi – 2 nəfər ağır xəsarət aldı - VİDEO

Şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü, yüksək sürətlə idarə etdiyi avtomobillə kafeyə çırpılıb. Avtosfer.az xəbər verir ki, Özbəkistanda baş verən hadisə anbaan müşahidə kameralarına düşüb.
Belə ki, işıqforun qırmızı siqnalına məhəl qoymayaraq yüksək sürətlə yolayrıcına daxil olan sürücü sükana nəzarəti itirib. Bundan sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi birbaşa yol kənarındakı kafeyə dəyib.
Zərbənin gücündən kafenin şüşə vitrinləri və daxili interyeri yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində obyektin iki əməkdaşı ağır bədən xəsarəti alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır olaraq qiymətləndirirlər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat başladılıb.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












