Saxta və qeyri-orijinal ehtiyat hissələri qəzalara səbəb ola bilər - DYP-dən AÇIQLAMA - VİDEO

Azərbaycanda yol-nəqliyyat hadisələrinin başvermə səbəblərini araşdırarkən məlum olur ki, bir sıra nüanslarla yanaşı avtomobillərin saxta ehtiyat hissələri quraşdırılaraq idarə edilməsi bir çox hallarda gözardı edilir.
Avtosfer.az xəbər verir ki, bu məsələ yalnız qəza inspektorlarının araşdırmalarından sonra ortaya çıxa bilir. Bir çox qəzaların araşdırması başa çatdıqdan sonra məlum olur ki, sürücünün qəza törətməsinə səbəb avtomobilə quraşdırılan qeyri-orijinal ehtiyat hissəsidir. Yaxud da kiçik qəzalar zamanı sürücülər harada səhv etdiklərini qəzadan sonra başa düşürlər. Məsələn, bir müddət əvvəl Şıx çimərliyi yolunda qəza törətdən sürücü hadisənin əyləc qəlibinə görə baş verdiyini bildirmişdi. O, nəqliyyat vasitəsinin əyləc pedalını yerüstü keçidə çatmadan sıxsa da, sərt döngədə avtomobil dayanmayıb və hərəkət istiqamətlərini ayıran dəmir məhəccərlərə çırpılmışdı. Ağır qəzadan sürücü sağ xilas olsa da, avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəymişdi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nasaz nəqliyyat vasitələrinin istismarıdır:
.jpg)
“Edilən xəbərdarlıqlara, həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, təssüflə qeyd etməliyəm ki, hələ də nasaz nəqliyyat vasitələrinin istismarına rast gəlinir. Bu hal, hərəkətin intensive olduğu yollarda sıxlığın yaranmasına, yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eyni zamanda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan və kustar üsulla quraşdırılan avadanlıqlar, eyni zamanda qeyri-orijinal ehtiyat hissələri müəyyən müddətdən sonra nəqliyyat vasitələrinin də sıradan çıxmasına səbəb olur və nasazlıqlar yaranır. Xüsusilə də qeyri-orijinal təkərlər, sükan idarəetmə müxanizmi əyləc sistemi və onun qəlibləri, eləcə də xarici işıq cihazları nəqliyyat vasitələrinin idarə edilməsində müəyyən çətinliklər yaradır. Hətta əlavə olaraq qeyd edim ki, xarici işıq cihazları bəzi hallarda nəqliyyat vasitələrində yanğınların baş verməsinə də səbəb olur. Odur ki, sürücülərdən nəqliyyat vasitələrində istehsalçı müəssisə tərəfindən nəzərdə tutulan ehtiyat hissələrindən istifadə etmələrini və ümumilikdə avtomobillərin texniki sazlığını daim diqqət mərkəzində saxlamalarını xahiş edirik”.
Səfər
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












