Sərhəddən buraxılmayan avtomobilin sahibi maşını yandırdı - VİDEO

Mühərrikində yaranan nasazlıq səbəbindən sərhəddən buraxılmayan avtomobilin sahibi tərəfindən yandırılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Kocaeli bölgəsində baş verib.
Məlumata görə, Bolqarıstan nömrəli avtomobillə Türkiyəyə daxil olan şəxs mühərrikində nasazlıq yarandıqdan sonra avtomobili geri qaytarmaq istəyib. Lakin Bolqarıstan gömrükçüləri işlək vəziyyətdə olmayan avtomobili qəbul etməkdən imtina ediblər.
Həmin şəxs daha sonra avtomobilini boş sahəyə sürüb və üzərinə benzin tökərək yandırıb. Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə yanğınsöndürənlər və polis göndərilib. Yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər. Avtomobilini yandıran şəxs ifadəsində bu vəziyyətdən əsəbiləşdiyini və onu yandırmaq qərarına gəldiyini bildirib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












