Sərxoş halda binanın həyətinə girən sürücü aləmi bir-birinə qatıb maşınları əzdi - VİDEO

Binanın həyətinə sərxoş vəziyyətdə avtomobillə daxil olan sürücü xaosa səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində 45 yaşlı şəxs idarə etdiyi avtomobillə sürətlə binanın həyətinə daxil olub. O, əvvəlcə binanın giriş hissəsinin talvarını uçurub, bir maşına ziyan vurduqdan sonra skuter və velosiped sürən uşaqların üzərinə sürüb. Uşaqlar çeviklikləri sayəsində avtomobilin altında qalmaqdan son anda xilas olublar.
Sərxoş sürücü daha 2 nəqliyyat vasitəsinə zərər yetirdikdən sonra dayana bilib.
Hadisə yerinə gələn polis əməkdaşları sürücünün spirtli içki qəbul etdiyini müəyyən ediblər.
Yerli qanunvericiliyə əsasən, qaydaları kobud şəkildə pozan və insanların həyatını təhlükəyə atan şəxsi 45 min rubl məbləğində pul cəriməsi və sürücülük hüququndan 2 ilədək müddətə məhrum edilmə cəzası gözləyir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












