Sərxoş sərnişin avtobusun şüşəsini sındırıb qaçdı; polis araşdırmalara başladı - FOTO - VİDEO

Bakıda sərxoş vəziyyətdə marşrut avtobusunun şüşəsini sındıran şəxsin saxlanılması istiqamətində işlər görülür.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyən olunub. Saxlanılması üçün tədbirlər görülür.
***11:06
Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.
Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.
Məsələ ilə bağlı DİN-in “102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik:

Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO












