Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Avtosfer.az-a bildirib ki, Sumqayıt şəhərində azyaşlı qızın avtomobil yolunda skuter idarə etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin uşaq valideynləri ilə birgə Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunaraq profilaktik söhbətlər aparılıb. Azyaşlının yol hərəkətində nəzarətsiz iştirakına icazə verilməməsi, həmçinin belə addımların yarada biləcəyi təhlükə valideynlərinin diqqətinə çatdırılıb.
*** 1 aprel, 15:30
Sumqayıt şəhəri, 20 Yanvar küçəsində azyaşlı qızın yolda təhlükəli hərəkəti kameraya düşüb. İzləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə aprelin 1-də səhər saatlarında baş verib.
Kadrlardan görünür ki, azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş skuteri yolda hərəkətdə olan avtomobillərə əhəmiyyət vermədən idarə edib. Belə ki, skuterlə nizamsız hərəkət edən uşaq geriyə manevr edən avtomobilə qəza şəraiti yaradıb. Nəticədə o, həm özünün, həm də sürücülərin təhlükəsizliyini risk altına qoyub.
Qeyd edək ki, qanunvericiliyə əsasən, azyaşlıların yol hərəkətində nəzarətsiz iştirakı valideynlərin məsuliyyətinə aiddir. Belə hallarda valideynlər uşaqlarını yol hərəkəti qaydalarına uyğun davranmağa yönəltməli və təhlükəsizliyini təmin etməlidirlər.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












