Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO

Bu gün saat 05:00 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci kilometrində Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı, avtokran tipli avtomobil yol kənarında dayanan Uğurlu Pənəliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Avtosfer.az xəbər verir ki, qəza nəticəsində Mahmud Əliyevin sərnişini, İmişli şəhər sakini 1980-ci il təvəllüdlü Taleh Cabbarlı hadisə yerində həyatını itirib. Əraziyə YPX Alayının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə hadisənin baş verməsinə səbəb M.Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO












