Sürücü səkidə avtomobil saxldığı üçün yazılan cərimə ilə razılaşmadı - VİDEO

Babək prospektində maraqlı hadisə yaşanıb. Belə ki, sürücü özünün sosial media hesabında iddia edib ki, avtomobilini mağazanın önündə, səkidə park etdiyi üçün cərimələnib. Onun sözlərinə görə, avtobus zolağının düz yanında səkidə maşınını saxlayıb və bu səbəbdən 60 manat və 2 bal cərimələnib.
Avtosfer.az xəbər verir ki, sürücü isə bu qərarla razılaşmır və özünü haqsız yerə cərimələnmiş hesab edir. O bildirir ki, avtomobili insanların gediş-gəlişinə mane olmayacaq formada saxlayıb və yaxınlıqda xüsusi park yeri də olmadığı üçün məcbur mağazanın önündə saxlayıb. O bildirib ki, maşını yolan kənarda hərəkətə mane olmayacaq şəkildə saxlayıb. Sürücü saxladığı yerin səki olduğunu da qəbul etmir. Sosial şəbəkə istifadəçiləri rəylərdə səkinin də düzgün təşkil olunmadığını və sürücüyə avtomobilini rahatlıqla ora dırmaşdırmağa şərait olduğunu qeyd ediblər.
Qanunvericiliyə əsasən isə piyadaların hərəkətinə maneə törədən, xüsusilə də avtobus zolaqlarının yaxınlığında və səki üzərində avtomobil saxlamaq qayda pozuntusu hesab olunur və buna görə sürücülər həm cərimə, həm də bal itirirlər.
Eltac Zülfüqaroğlu
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












