Svetofora məhəl qoymayan qadını maşın vurub öldürdü - VİDEO

Qayda pozan piyada avtomobil vurması nəticəsində dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Ulan-Ude şəhərində baş verən hadisə ərazidəki təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. Görüntülərdən məlum olur ki, piyada keçidinə yaxınlaşan qadın qəfil sürətlə hərəkət edərək işıqforun qırmızı işığında yolu qaçaraq keçməyə cəhd edib. Bu zaman o, yüksək sürətlə gələn avtomobilin qarşısına çıxıb.
Yaxın məsafədən qarşısına piyada çıxan sürücü avtomobili saxlamağa macal tapmayıb. Güclü zərbənin təsirindən qadın bir neçə metr kənara atılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, piyada aldığı ağır xəsarətlərdən həyatını itirib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












