Təlimçilər təkmilləşdirmə təlimlərinə cəlb edilsin; Arzu Babazadə DİN-ə MÜRACİƏT ETDİ - VİDEO

16 iyul Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Müzakirələr zamanı çıxış edən yol hərəkəti təhlükəsizliyi eksperti, təlimçi Arzu Babazadə qeyd edib ki, piyada və sürücü vəzifələrini təkcə məktəb və universitetlərdə deyil, elə ailə mühitindən başlayaraq təbliğ etmək lazımdır:
“Bundan əlavə, qanunu pozmayan heç bir vətəndaşı polisin çoxluğu narahat etməməlidir. Şəxsən məni bu hal heç narahat etmir.
Bugünkü tədbirdə mənim üçün xüsusilə öyrədici olan məqamlardan biri də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çıxışları oldu. Onları böyük maraq və həvəslə dinlədim. Arzu edərdim ki, təlimçilər həmin təlimləri məcburi qaydada izləməyə cəlb olunsunlar və bu təlimlər mütəmadi, praktiki şəkildə həyata keçirilsin”.
Arzu Babazadə qeyd edib ki, təlimçilərin özlərinin bu istiqamətdə maarifləndirilməsi daha sonra onların tələbələrinə də yanğından mühafizə məsələsini öyrətmələrinə gətirib çıxaracaq:
“Çünki sabah onlar sükan arxasına keçəcək. Təəssüf ki, bəzi sürücülər təkmilləşməyə açıq olmur. Lakin unutmamalıyıq ki, operativ nəqliyyat vasitələri saniyələrlə, bəzən hətta millisaniyələrlə yarışırlar və bu səbəbdən onlara maneə törədilməməlidir.
Təlim meydanlarımız yoxdur, olmalıdır. Biz bunu arzu edirik və buradan rəsmi şəkildə tələb edirik. Təlimçilərin özləri də təlimə ehtiyac duyurlar. Burada hazırda AAYDA-nın əməkdaşı iştirak etmir, lakin Rüslan bəyin iştirakını qeyd etməliyik. Təkmilləşmə təlimləri mütləq şəkildə keçirilməlidir. Hətta bu səbəbdən buradan Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələrinə də müraciət edirəm”.
Arzu Babazadə sonda onu da deyib ki, necə ki, moped sürənlər üçün xüsusi reydlər keçirilir, eynilə tədrisi keyfiyyətsiz və səhlənkar aparan təlimçilər üçün də ciddi nəzarət tədbirləri görülməlidir. Eyni zamanda bütün təlimçilər mütləq şəkildə sertifikasiyaya cəlb olunmalı və peşəkarlıq sertifikatları təsdiqlənməlidir.
Fidan
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO










