Vətəndaş sürmədiyi avtomobili texniki baxışdan keçirmədiyinə görə cərimələnə bilməz – ƏRŞAD HÜSEYNOV AÇIQLADI - FOTO

Sosial şəbəkələrdə bəzi sürücülər istifadə etmədikləri avtomobili texniki baxışdan keçirmədiklərinə görə cərimələnmələri ilə bağlı məlumat paylaşırlar.
Avtosfer.az saytına müraciət edən izləyicilərdən biri maraqlı halı diqqətə çatdırıb. O bildirib ki, avtomobilini uzun müddətdir ki, qarajda saxlayır, istifadə etmir. Amma buna baxmayaraq, nəqliyyat vasitəsi üçün texniki baxışdan keçmədiyinə görə ona cərimə tətbiq olunub.
Bu isə bir çox sürücnün ağlında sual doğurub:
İstifadə olunmayan, yəni aktiv şəkildə idarə edilməyən nəqliyyat vasitəsi üçün texniki baxışdan yayınmaya görə cərimə yazıla bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov saytımıza açıqlamasında bildirib ki, əgər nəqliyyat vasitəsi istismar edilirsə, o zaman "Yol hərəkəti haqqında" qanunun 14-cü və 30-cu maddələrinə əsasən, dövri texniki baxışdan keçməlidir.
"İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində qeyd olunur ki, nəqliyyat vasitəsinin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilmədən idarə edilməsinə görə cərimə nəzərdə tutulur. Yəni yalnız istifadə edilən, idarə edilən nəqliyyat vasitəsi nəzərdə tutulur”.

Hüquqşünas vurğulayıb ki, əgər nəqliyyat vasitəsi texniki baxışdan keçməyibsə, amma istifadə olunmursa, yəni idarə edilmirsə, bu zaman onun sürücüsü barəsində heç bir inzibati cərimə tətbiq edilə bilməz.
"Qanun buna icazə vermir. Çünki yalnız texniki baxış dövriliyi pozulduqda sürücü cərimələnə bilər. Bu səbəbdən də, texniki baxış müddəti keçmiş, lakin istifadə olunmayan nəqliyyat vasitəsinə görə cərimə tətbiq olunarsa, sürücü Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edə bilər. Belə hallarda şikayət əsasında tətbiq olunmuş cərimə ləğv olunmalıdır”.
Fidan
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












