Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO

Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Nargilə Residence” yaşayış kompleksində sürücülər arasında mübahisə baş verib.
Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərilən görüntülərə əsasən, hadisə avqustun 4-də saat 10:56 radələrində kompleksin həyətindəki “Bravo” supermarketin parkinqində qeydə alınıb.
Belə ki, parklanma yerindən çıxan avtomobilin sürücüsü - təlimçi Xəyalə Mustafayeva parkinqə daxil olan nəqliyyat vasitəsini görərək dayanır. Bu zaman parkinqə daxil olan 90-FC-660 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ona aqressiv şəkildə irad bildirir. Daha sonra avtomobilini parklanma yerinə tam yerləşdirmədən çəpəki formada saxlayır.
Bundan sonra təlimçi qarşı tərəfə yaxınlaşaraq ona iradının səbəbini soruşur. Tərəflər arasında yaranan söz mübahisəsi qısa zamanda gərginləşir və sonda qadın sürücü təlimçinin ünvanına təhqiramiz ifadələr işlədir.
Qeyd edək ki, yol hərəkəti iştirakçıları arasında qarşılıqlı hörmət və etik davranışın qorunması mümkün münaqişələrin qarşısının alınmasında mühüm rol oynayır. Bu cür hallarda emosiyalara qapılmaq əvəzinə, yaranmış vəziyyəti sakit şəkildə həll etmək həm təhlükəsizlik, həm də ictimai davranış baxımından daha doğru yanaşmadır.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












