Xarici nömrə nişanlı avtomobilin sürücüsü təcili tibbi yardıma yol vermədi - VİDEO

Təcili tibbi yardım maşınına yol verməyən sürücü görüntülənib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə kameraya düşüb.
Belə ki, təcili tibbi yardım maşını sayrışan işıqları və səs siqnalını yandıraraq içərisində ağır xəstəni xəstəxanaya çatdırmağa çalışıb. Lakin Belarus dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təcili tibbi yardım maşınına yol vermək əvəzinə onun qarşısında qəfil və təhlükəli zolaqdəyişmə manevrləri etməyə başlayıb.
O, sürəti artıraraq ağır xəstə daşıyan maşınının önünə keçib, tibb işçiləri onu ötüb keçməyə çalışdıqda isə yenidən zolağı dəyişərək onların hərəkətinə maneə yaradıb. Tibb personalının avtomobili bir neçə dəfə ötmə etmək cəhdləri uğursuz olub – sürücü israrla təcili yardımın qarşısını kəsməyə davam edib.
Hadisənin əks olunduğu kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər hüquq-mühafizə orqanlarını bu sürücünün tapılması və ciddi şəkildə cəzalandırılması üçün hərəkətə keçməyə çağırıblar. Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












