Yol polisi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlqədar yarış təşkil etdi - VİDEO

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi və “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə mərkəzdə məktəblilər arasında yarış-viktorina keçirilib.
Avtosfer.az xəbər verir ki, təşkil edilən tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev, idarənin bölmə rəisi Elvin Hacıyev və digər əməkdaşları, nəqliyyat eksperti Elməddin Muradlı, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov, bloger Saleh Nəsirov və mərkəz kollektivi iştirak edib. Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunması, onların maarifləndirilməsi, yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, təhlükəsizlik qaydalarının təbliği və Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətinin iştirakçılara çatdırılması olub. Yarışda ümumilikdə 4 komanda (“İşıqfor ulduzları”, “Yaşıl işıq”, “Yol dostları”, “Qayda keşikçiləri”) üzrə 20 nəfər uşaq iştirak edib.
İştirakçılar yol hərəkəti qaydalarına dair müxtəlif sual-cavab mərhələlərində öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Tədbir çərçivəsində uşaqlar tərəfindən yol hərəkəti təhlükəsizliyi mövzusunda rəsmlər çəkilib, maraqlı səhnəciklər nümayiş olunub və mahnılar səsləndirilib. Həmçinin uşaqlar arasında böyük maraqla qarşılanan skuter yarışı təşkil olunub. Yol hərəkəti qaydalarına aid yarış-viktorina uşaqlarda diqqət, məsuliyyət və düzgün davranış vərdişlərinin formalaşdırılmasına xidmət edib.
Yarışın sonunda dərnək üzvləri Baş Dövlət Yol Polisi İdarəsinin diplom və hədiyyələri ilə təltif olunublar.
Səfər
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO






























