25 yaşlı “Prius” - Bu gün "Toyota Prius"un "doğum günüdür" - FOTO

25 il əvvəl, 1997-ci ildə ilk versiyası təqdim edilən “Toyota Prius” bu günlərdə 25 yaşını qeyd edir. Avtosfer.az xəbər verir ki, “Toyota”nın ən çox maraq doğuran modellərindən olan “Prius”un artıq 5-ci nəsli istehsal edilir.
1995-ci ildə layihələndirilən “Prius 2” il sonra 10 dekabrda kütləvi istehsala buraxılır. əvvəllər yalnız Yaponiyada satılan avtomobil 2000-ci ildən Avropa bazarına ayaq açır.
2003-cü ildə modelin ikinci nəsli bazara çıxır. Bu avtomobillər avropalıların zövqünə daha uyğun idi.
2009-cu ildə həyata vəsiqə alan 3-cü nəsildə isə batareyalar təkmilləşir. Avtomobil elektrik mühərrikinin hesabına 25 km qət edə bilirdi.
2015-ci ildə təqdim olunan 4-cü nəsil “plug in” hibrid sayılırdı. Bu model artıq elektrik mühərrikinin hesabına 45 km qət edə bilirdi.
Beşinci nəsil isə ötən yay Avropada təqdim olunub.
Azərbaycana gəldiukdə isə, bu avtomobillər bir qayda olaraq intizamsız, yorğun taksi sürücüləri ilə assosiasiya olunur. Bizim ölkəmizdə bu modelin iştirakı ilə hər gün qəzaların baş vermə səbəbini texnikada deyil, insan amilində axtarmaq daha doğru olar. Bəlkə də ən doğru.
Vüqar Yaşaroğlu

Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












