Banner

"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın

Avtoxəbər 18 Noyabr 2026 23:59
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
WhatsApp kanalımıza abunə olun

"BMW" şirkəti ABŞ-də yeni bir çağırış kampaniyasını başa çatdırıb. 

Avtosfer.az xəbər verir ki, kampaniyaya səbəb su nasosunun elektromaqnit klapanının nasazlığıdır. Bu detala su düşdüyü təqdirdə hətta işləməyən mühərrikdə belə, qısaqapanma yarana və maşın alışa bilər. 

Kampaniya 2012-2018-ci illərdə istehsal edilmiş “3 Series”, “5 Series”, X1, X3, X4, Z4 və “X5 xDrive40e” modellərinə şamil edilib.

Nasazlıqlar aradan qaldırılsa da, şirkət avtomobil sahiblərindən xahiş edib ki, hər ehtimala qarşı hələlik maşınları açıq havada park etsinlər.

Vüqar

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh