Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO

Avtomobil elanları saytında yerləşdirilən 1983-cü il buraxılışlı "LADA (VAZ) 2106" modeli fantastik qiyməti ilə diqqət çəkib.
Avtosfer.az yenisabah-a istinadən xəbər verir ki, Bakıda fəaliyyət göstərən avtosalonlardan biri tərəfindən satışa çıxarılan bu avtomobil üçün nə az, nə çox — düz 89 777 manat məbləğ tələb olunur.
Müqayisə üçün bildirək ki, yerli avtomobil bazarında buraxılış ilindən və texniki vəziyyətindən asılı olaraq standart "VAZ-2106" modellərinin orta qiymət aralığı adətən 3 000 – 8 000 manat civarında dəyişir. Yalnız xüsusi kolleksiya dəyəri daşıyan və ideal vəziyyətdə saxlanılan nadir nüsxələrə yüksək məbləğlər qoyulur ki, bu elandakı qiymət hətta həmin kateqoriya üçün də rekord göstərici hesab olunur.
Elandakı məlumatlara əsasən, göy rəngli sedanın bu qədər baha qiymətləndirilməsinin əsas səbəbi onun yürüşü və toxunulmaz qalmasıdır. Belə ki, 43 il əvvəl Rusiya bazarı üçün istehsal olunan avtomobil cəmi 2 200 kilometr yol qət edib.
Satıcı nəqliyyat vasitəsinin heç bir vuruğunun olmadığını, zavod boyasının üzərində qaldığını və ümumiyyətlə rənglənmədiyini qeyd edib. Avtomobil 69 at gücünə malik 1,3 litrlik benzin mühərriki, mexaniki sürətlər qutusu və arxa ötürücü sistem ilə təchiz olunub.




Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?











