Avtombilin rəngini dəyişmək olar, bəs ban növünü? – AÇIQLAMA

Bəzi hallarda sürücülər avtomobillərin müəyyən hissələrini və detallarını kəsərək, nəqliyyat vasitəsinin ban növünü dəyişirlər. Bu daha çox köhnə sovet maşınlarında və bir sıra yük maşınlarında özünü göstərir.
Digər bir məsələ nəqliyyat vasitələrinin rəngi ilə bağlıdır. Bir çox sürücülər qanunvericiliyin bu tərəfdən xəbərsizdir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Aqil Rəhimov bildirib ki, avtomobilin ban növünün (sedan, SUV, pecbek və s.) dəyişdirilməsinə qanunla icazə verilmir:
“Avtomobilin rəngini dəyişdirmək olar, lakin bunun üçün nəqliyyat vasitəsinin texniki pasportu dəyişməlidir. Ban növünün dəyişdirilməsinə isə icazə verilmir. Yalnız xüsusi hallarda Dövlət Yol Polisində qeydiyyatdan keçirmək şərti ilə bunu etmək olar. Onun üçün də DYP-dən icazə alınmalıdır. Eyni formada maşının rəngini dəyişmək üçün də Dövlət Yol Polisinə müraciət etmək lazımdır. Yəni qanunla bu mümkündür”.
Ekspert, həmçinin avtoqəzalar zamanı nəqliyyat vasitəsinin zərər dəymiş hissəsinin müvəqqəti rənglənməsi hallarına da aydınlıq gətirib:
“Əgər rəngi dəyişdirilmiş hissə avtomobilin kiçik bir hissəsi, yaxud xırda detalıdırsa, bu, problem yaratmır. Yox əgər maşının üzəri başdan-ayağa başqa rənglə rənglənibsə, ona artıq cərimə düşür”.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












