Banner

Rusların sağsükanlı “Toyota” sevgisi

Avtoxəbər 25 Noyabr 2026 23:22
Rusların sağsükanlı “Toyota” sevgisi
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin ilk 10 ayında Rusiyaya yaşı üçdən çox olan 368 400 avtomobil idxal edilib.

Avtosfer.az xəbər verir ki,  Yaponiyadan sağsükanlı avtomobil idxalı artıb, Koreya və Belarusdan idxal azalıb.

Hesabat dövründə Gündoğar ölkədən 218 200 işlənmiş avtomobil gətirilib ki, bu da ötən illə müqayisədə 19 faiz çoxdur.

Sağsükanlı avtomobillərin həcminə görə 33 faizlə “Toyota” liderlik edir. Növbəti yerdə 29,6 faizlə “Honda”, 9,3 faizlə “Suzuki” və 5,3 faizlə “Mazda” gəlir. 

Maraqlıdır ki, illərdir davam edən antiyapon təbliğatı, vətənpərvərlik dəstləri rusların Yaponiya avtomobillərinə marağı səngitmir. Görünür, yapon keyfiyyəti kiselyovların, solovyovların, kabayevaların, simonyanların aqressiyasından daha güclüdür.

Vüqar

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh