Avtomobiliniz sərinləsin, cibiniz yanmasın: Ustaların kondisioner tələsi

Yay aylarında avtomobilləri kondisionersiz təsəvvür etmək çətindir. Bəzi ustalar isə bunu fürsət bilib sürücüləri aldatmağa çalışırlar. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə ustalar bəzən onları aldatmağa çalışıb əlavə proseslərə görə artıq pul tələb edirlər. Hətta avtomobilin soyuq vurması üçün istifadə olunan freon qazını az vuranlar da var.
Bəs ustaların tələsinə yağlı tikə kimi düşməmək üçün hansı öncəlik tədbirləri görməliyik?
Məsələ ilə bağlı usta Əli Əliyev bildirir ki, kondisionerin soyuq vurması üçün istifadə olunan freon qazı normasında vurulmalıdır:
“Bu qazın azı da, çoxu da ziyandır. Sürücülər qaz vurarkən ustadan tələb etməlidirlər ki, qaz elektron çəki tərəzisi ilə çəkilməsini yoxlamalıdırlar. Həmçinin, avtomobilə qaz vuran zaman təzyiqlərə baxılmalıdır. Gözəyarı vurulan qaz kompressorun sıradan çıxarılmasına gətirib çıxarır”.
Qeyd edək ki, əsas olan düzgün və güvənilir ustanın tapılmasıdır. Əks halda həm pulunuzdan, həm də avtomobilinizdən ola bilərsiz.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












