Azərbaycan, Özbəkistan və Qazaxıstan türk avtomobil konqlomeratını yaradacaq

Özbəkistan Azərbaycan və Qazaxıstanla əməkdaşlıq edərək "avtomobil sənayesinin türk konqlomeratı" yaratmağa çalışır.
Avtosfer.az xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasındakı mənbə təsdiqləyib.
Bu məsələ ilə bağlı əlavə təfərrüat verilməyib.
Konqlomeratın yaradılması ideyası Özbəkistanın “UzAuto Motors” şirkəti, Azərbaycanın “Azərmaş” avtomobil zavodu və Qazaxıstanın ən böyük avtomobil istehsalçısı olan “Saryarka Avtoprom” MMC arasında əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Adıçəkilən şirkətlər bir neçə ildir ki, Özbəkistanın tədarük etdiyi hissələrdən Chevrolet avtomobillərinin yığılması ilə məşğuldurlar.
Konqlomeratın yaradılması ideyası üç ölkənin maşınqayırma sənayesində möhkəm əlaqələrə əsaslanır. Məsələn, hələ 2022-ci ilin iyun ayında “Azərmaş” ASC ilə “UzAvtoSanoat” SC arasında Azərbaycanda avtomobil istehsalının lokallaşdırılmasına dair Memorandumu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov və “UzAvtoSanoat” sədrinin müavini Sardor Taciyev imzalayıblar.
Qeyd edək ki, dekabrın 21-də Daşkənddə keçirilən Özbəkistan-Qazaxıstan biznes forumu çərçivəsində avtomobil istehsalı sahəsində bir neçə saziş imzalanıb.
Çox güman ki, konqlomerat ideyası "UzAuto Motors"un köməyi ilə Azərbaycanda və Qazaxıstanda yeni Chevrolet modellərinin yığılması, eləcə də mövcud imkanların genişləndirilməsi və Özbəkistandan bu ölkələrə ehtiyat hissələrin tədarükünün artırılması baxımından daha sıx əməkdaşlıqla bağlıdır.
“Avtomobil sənayesinin türk konqlomeratı”nın təxminən 65 milyon əhalisi olan üç ölkənin bazarlarını əhatə edəcəyi təxmin edilir.
Trend
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb










