Azərbaycanda bu avtomobillər kəskin bahalaşacaq: Tarix açıqlandı

“Ölkəyə idxal edilən avtomobillərlə bağlı güzəştlər Vergi Məcəlləsində edilən dəyişikliklərlə reallaşmışdı və güzəşt müddəti üç il olduğuna görə 2026-cı ilin yanvarın birində başa çatır”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hələlik güzəşt müddətinin uzadılıb-uzadılmaması növbəti ay bəlli olacaq:
“Çünki hər il biznesdən gələn təkliflər və çağırışlara uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilir. Vergi Məcəlləsinə dəyişikliklər layihəsi təqdim olunduqdan sonra güzəşt müddətinin uzadılıb-uzadılmaması dəqiqləşəcək.
Uzadılacağı halda iş adamları bu güzəştlərdən istifadə edə biləcəklər. Uzadılmadığı halda gözlənilir ki, bu ölkəyə idxal edilən elektrik avtomobillərinin qiymətinə təsir göstərəcək. Amma son aylar biz bazarda həm hibrid, həm də Çin Xalq Respublikasından idxal edilən hibrid və eləcə də elektrik avtomobillərinin satışında bir durğunluğu müşahidə edirik.
Ona görə də bu güzəşt müddəti uzadılmazsa, xərcə təsir göstərəcək. Amma durğunluğu da nəzərə alsaq, qiymət artımlarının xərc artımı qədər olacağı gözlənilir. Amma hibrid və ya elektrik olmayan avtomobillərin xərcində hər hansı bir dəyişiklik baş verməyəcək”. (BAKU.WS)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












