Bakıdakı sıxlığı bu cür aradan qaldırmaq olar - Avtomobil sayına limit ...

Bakıda avtomobillərin sayının sürətlə artması şəhərdə nəqliyyat sıxlığını daha da dərinləşdirir. Bu fonda avtomobil sayına limit qoyulmasının mümkünlüyü və effektivliyi müzakirə olunur.
Bəs, Bakıda avtomobil sayına limit qoyula bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Bakıda avtomobillərin sayına birbaşa limit tətbiq etmək kifayət qədər çətindir. Onun sözlərinə görə, daha real addım avtomobillərin xüsusilə paytaxtın mərkəzi zonalarına hərəkətinin məhdudlaşdırılması ola bilər.
Ekspert qeyd edib ki, bu cür məhdudiyyətlər ictimai nəqliyyatın inkişafı və müxtəlif stimullaşdırıcı mexanizmlərlə paralel şəkildə həyata keçirilməlidir:
“İctimai nəqliyyat gücləndirilmədən, alternativlər yaradılmadan məhdudiyyətlərin effektiv olması çətindir. Amma düzgün yanaşma ilə nəticə əldə etmək mümkündür”.
Eldəniz Cəfərovun fikrincə, Bakının mövcud vəziyyəti digər şəhərlərdən fərqlidir. Şəhər coğrafi baxımdan sıxılıb, əhali sayı sürətlə artıb. Regionlardan paytaxta intensiv miqrasiya, əsas infrastruktur və xidmətlərin Bakıda cəmləşməsi sıxlığı daha da artırır.
Ekspert vurğulayıb ki, problemin köklü həlli üçün şəhərin yükünü azaltmaq vacibdir:
“Bu məsələ yalnız bir qayda ilə deyil, kompleks yanaşma ilə həll olunmalıdır. Əhalinin və iqtisadi aktivliyin regionlara yönləndirilməsi Bakının nəfəs alması üçün əsas şərtlərdəndir”.
Qeyd edək ki, son illər Bakıda nəqliyyat sıxlığının azalması məqsədilə müxtəlif layihələr müzakirə olunsa da, məsələ hələ də aktuallığını qoruyur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












