Çində hibridə maraq azalır, elektromobil sayı artır

Oktyabr ayının statistikası Çində elektromobil və doldurulan hibrid modellərə marağın artdığını gğstərir. Lakin elektromobil satışı bütün digər modelləri üstələyir.
Avtosfer.az xəbər verir ki, oktyabrda ölkədə 578 000 ədəd doldurulabilən avtomobil (plug in hibrid və elektromobil) satılıb. Bu da ötən illə müqayisədə 75% çoxdur. Bunlardan 410 000 ədədi elektromobil olub. Başqa sözlə, elektrik mühərrikli avtomobillərin satışı illik əsasda 57% artıb. Ölkədə plug in hibrid satışı illik əsasda 143% artsa da, ümumi say nisbətən azdır: 168 000 ədəd.
Çində il ərzində 4,6 milyon ədəd təzə elektromobil və doldurulan hibrid avtomobil satılıb. Bununla da Çin elektromobil satışına görə dünyadakı mövqeyini qoruyub.
İl ərzində ən çox satılan elektromobil və doldurulan hibrid modellər bunlardır:
Wuling Hong Guang MINI EV: 357 493 ədəd,
BYD Song Plus: 342 151 ədəd,
BYD Qin Plus: 266 432 ədəd,
Tesla Model Y: 233 796 ədəd,
BYD Han: 211 147 ədəd,
BYD Dolphin: 152 571 ədəd,
BYD Yuan Plus BEV: 141 808
BYD Tang: 109 536 ədəd,
Tesla Model 3: 102 753 ədəd,
AC Aion Y: 93 816 ədəd.
Çində elektromobilə marağın artması 3 əsas amillə izah olunur: əlverişli qiymət, çoxşaxəli doldurma məntəqələri və servisin təkmilləşməsi.
Vüqar
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ










