Dünyada 7 milyona satılan avtomobil Bakıda - FOTO

Təxminən 10 gün əvvəl - 2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib. Avtosfer.az azpolitika.info-ya istinadən xəbər verir ki, təqdim olunan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi bizə məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləyə bilərik.
Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini söyləyə bilərik.
Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti tərəfindən istehsal olunan “Chiron” modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur.
Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Bugatti Chiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.
Onu da qeyd edək ki, “Bugatti” şirkəti “Chiron” modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb. İndiyə qədər bu modeldən neçə ədədini istehsal edərək satdığı haqda məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur.



Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












