Elektrikli avtomobillərə kütləvi keçid ciddi xəstəliklər yaradır - XƏBƏRDARLIQ

Hindistan, Çin, ABŞ və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu elektriklə işləyən avtomobillərə qlobal keçidin dünyanın ən sıx məskunlaşdığı bəzi regionlarında havanın çirklənməsini əhəmiyyətli dərəcədə artıracağı qənaətinə gəlib.
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, tədqiqat Environmental Science & Technology (EST) elmi jurnalında dərc olunub.
Mütəxəssislər müəyyən ediblər ki, Çin və Hindistanda kükürd dioksid (SO2) emissiyaları, əgər ölkələr elektrikli avtomobil tədarük zəncirlərini tamamilə öz daxilində köçürsələr, 20% arta bilər.
SO2 emissiyalarının böyük əksəriyyəti elektrik avtomobil akkumulyatorları üçün əsas materiallar olan nikel və kobaltın emalı və istehsalından gələcək.
Tədqiqatçıların fikrincə, bu çirkləndirici müxtəlif ürək-damar və tənəffüs xəstəliklərinə səbəbiyyət verir.
Çində bu amildən vaxtından əvvəl ölüm halları 1,4 milyon, Hindistanda isə təxminən 1,7 milyon nəfər olaraq qiymətləndirilir.
Təhlil Çin və Hindistana yönəlsə də, alimlər onların məqalələrinin nəticələrinin qlobal miqyasda nəzərdən keçirilə biləcəyini vurğuladılar.
Tədqiqat müəllifləri problemi azaltmaq üçün bəzi variantları təklif etdilər.
Bu gün əksər elektrik avtomobil akkumulyatorları kobalt və nikeldən istifadə etsə də, dəmir və fosfatdan istifadə edən alternativ kimyəvi maddələrin (litium dəmir fosfat batareyaları adlanır) artması kobalt və nikelin hasilatı və emalı ilə bağlı bəzi problemlərin qarşısını ala bilər.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












