Elektromobillərin qışda vəziyyəti necə olur? - FOTO
Azərbaycanın qışı adətən mülayim keçir. Yüksək dağlıq əraziləri çıxmaq şərti ilə mənfi temperatura az hallarda rast gəlinir. Bununla belə, havaların soyuması avtomobillərdəki problemləri üzə çıxarır. Lakin oktyabr ayında qışa yaxşı hazırlanan avtomobil martadək normal işləyir. Yeganə fərq yanacaq sərfinin artması olur.
Daxili yanma mühərrikli avtomobildə vəziyyət belədir. Bəs elektromobildə necə?
Avtosfer.az xəbər verir ki, aşağı temperatur elektromobillərin də işinə mənfi təsir edir. Səbəb isə batareyaların tutumunun azalmasıdır. Bəs batareya resursunun azalması bütün modellərdə eynidirmi?
Elektromobil sayına görə Avropa lideri olan Norveçin Elbi24 İnstitutu müxtəlif modellərin batareyalarını -1 - -6 dərəcə Selsidə test edib. Testin nəticələri çox da ürəkaçan görünmür. Nəticəyə görə elektromobillərin batareyaları bu temperaturda orta hesabla 20% həcm itirir.
Tutum itkisi “Chevrolet Bolt”da 32%, “Mustang Mach-E” və “Volkswagen ID.4”də isə 30% olub.
Nisbətən bahalı modellərdə itki azalan xətt üzrə gedir. “BMW i3” -24%, “VW e-Golf -23%, “Nissan Leaf” -21%, “Hyundai Kona” -19%, “Tesla Model S” -19%.
Antirekord isə yaponiyalı isethsalçıya aiddir: “Toyota bZ4x” bu temperaturda tutumunu yarıbayarı itirib.
Soyuq havanın ciddi təsir etmədiyi modellər də var: “Audi e-Tron” (-8%) və “Jaguar I-Pace” (-3%).
Ciddi fərqin yaranmasının səbəi sadədir: Ucuz modellərdə akkumulyatorların istilik idarəetməsi yaxşı qurulmayıb.
İnstitut elektromobil sahiblərinə qışda ssürprizlə rastlaşmamaq üçün nəqliyyat vasitəsini qızdırılan qarajda saxlamağı və ya doldurma məntəqələrindəki akkumulyator qızdırıcısından istifadəni tövsiyə edir. Bunların hər ikisi əlçatan deyilsə, uzaq yola, xüsusən də yaşağış məntəqələrindən uzağa çıxmaq olmaz.
Ümumilikdə isə markasından və tipindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün ideal iş rejimi +20 dərəcə selsidir.
Vüqar Yaşaroğlu
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb










