İlon Maskın Donald Trampdan avtomobillə bağlı xahişi

Profilindən asılı olmayaraq son günlərdə bütün media qurumlarının əsas mövzusu Donald Trampın tətbiq etdiyi əlavə rüsumlardır. Bəzi ölkələr üçün rüsum tətbiqi dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır.
Avtosfer.az xəbər verir ki, indi məşhur iş adamı İlon Mask özü verdiyi təkliflərin ləğvinə çalışır. Belə ki, o, Trampdan avtomobillərə tətbiq edilən 25 faizlik rüsumun ləğvini xahiş edib. Bəs istehsalı ABŞ-da həyata keçirilən markanın rəhbəri niyə bu addımı atır? Cavab sadədir.
ABŞ-də istehsal olunan Tesla elektromobillərinin detallarının çox hissəsi Kanada və Meksikadan gəlir. Avtomobillə yanaşı ehtiyat hissələrin də idxalından rüsum alınır. Digər tərəfdən, Teslanın Çində və Almaniyada böyük zavodları var. Bu ölkələrin qarşılıqlı olaraq gömrük tariflərini artırması Maskın maşınlarının rəqabər qabiliyyətini aşağı salır.
Nəhayət, işin siyasi tərəfi: İlon Mask rüsumları sıfırlatmaqla qlobal səviyyədə azalan nüfuzunu bərpa etmək istəyir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












