İspaniyada sürücüyə qənim kəsilən cərimələr

Avropa ölkələrində sürət rejiminin pozulmasına görə cərimələr fərqli olsa da, yüksəkdir. Bəzi ölkələrdə isə yüksək sürətə görə cərimə ilə yanaşı həbs də tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, bu ölkədə sürət həddini 20 km/saatadək aşan sürücünü 100 avro cərimə gözləyir. Bu, ən yüngül cəza formasıdır.
Sürət həddini 21-30 km/saat aşmaq – 300 avro + 2 bal;
Sürət həddini 31-40 km/saat aşmaq – 400 avro + 4 bal;
Sürət həddini 41-50 km/saat aşmaq – 500 avro + 6 bal;
Sürət həddini 51 km/saatdan çox aşmaq – 600 avro + 6 balla cəzalandırılır.
İspaniya polisi alkoqol məsələsinə də tolerant yanaşmır. Təzə başlayan sürücülər üçün hədd 0 ‰-dir. 0,5 – 1,2‰ arası sərxoşluğa görə 500 avro və 4 balla cəzalandırılır. Bundan yuxarı hədd cinayət hesab edildiyi üçün cəzanı hakim müəyyən edir.
Xatırladaq ki, Avropa ölkələrində sürət rejiminin pozulması zamanı sürücü təkcə cərimə ilə canını qurtara bilmir. Residivizm və ya başqasına təhlükə yaranacağı halda işə məhkəmədə baxılır. Bu zaman sürücü vəsiqəsini, avtomobilini, pulunu, hətta azadlığını da itirə bilər.
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb










