İsti havada sürücü və sərnişinlər özlərini necə qorumalıdır? - FOTO

Artıq yay özünün sərt üzünü göstərir. Belə bir şəraitdə sürücü və sərnişinlərin özlərini qoruması zərurətə çevrilir. Kimsə iddia edə bilər ki, kondisionerli avtomobilə sahibdir və onun heç bir çətinlik yoxdur. Əslində belə deyil. Kondisionerli avtomobildən istifadə zamanı da müəyyən qaydalara əməl edilməlidir.
Avtosfer.az xəbər verir ki, isti havada maşını mümkün qədər kölgədə saxlamaq lazımdır. Lakin çox isti havalarda kölgədə saxlanmış maşının da salonu çox ciddi şəkildə qızır. Buna görə də maşına minməzdən əvvəl qapı və pəncərələri açaraq salonu havanandırmaq şərtdir. İsti havada uşaqları və heyvanları maşında qoymaq olmaz.
Avtomobilə əyləşdikdən sonra isə pəncərələr açıq halda kondisioner bir neçə dəqiqə işləməlidir. Yalnız bundan sonra pəncərələr bağlana bilər (isti ölkələrə səfər zamanı bunun şahidi olmuşam. Bizdə isə təəssüf ki, çox sürücü bunu səhv edir).
Vacib məqamlardan biri də bol maye qəbul etmək, açıq rəngli paltar geyinməkdir. Kəmər taxmamaq üçün qara köynək geyinənləri daha tez gün vura bilər.
Lakin ən vacib məqam zərurət yaranmadıqca avtomobildən istifadə etməməkdir.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?













