Neft ölkəsinin daha bir gəlir mənbəyi: elektromobil batareyaları
Norevçdə elektromobillərə olan maraq hər kəsə məlumdur. Artıq ölkədə satılan yeni avtomobillərin böyük əksəriyyəti elektriklə hərəkətə gəlir. Lakin məsələnin başqa tərəfi də var.
Avtosfer.az xəbər verir ki, ölkədə akkumulyatorların utilizasiyası məsələsi də ciddi qəbul edilir. “Northvolt” şirkətinin tikdiyi emal zavodu artıq ilkin məhsulunu təqdim edib. Zavodda işlənmiş elektromobil batareyaları emal edilərək mis, sink, alüminium, nikrl, maqnezium, litium və kobalt əldə edilir. Batareyanın 95%-ə qədəri təkrar emal edilə bilir.
İllik gücü 22 000 ton olan zavod istehsal gücünü 2030-cu ildə 271 000 tona çatdıracaq. Məqsəd bütün Avropanın batareyalarını emal edərək böyük istehsalçıların xammal ehtiyacını da ödəməkdir. Hələlik zavod yalnız Norveçdə batareya toplayır. Yaxın 2 ildə Almaniyada akkumulyator zavodunun və təkrar emal müəssisəsinin açılması nəzərdə tutulur. Bir sözlə, Norveç şirkətləri elektromobildən gəlir əldə etməyi qarşıya məqsəd qoyub.
Vüqar
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












